RU

ABÇ-ın Yaxın Şərqdə müharibə xərcləri artır

ABŞ İran və Husilərin hücumlarından sonra silah ehtiyatını artırmaq üçün 1,2 milyard dollar xərcləyəcək...

Pentaqona Qırmızı dənizdəki əməliyyatlarda istifadə edilən döyüş gəmilərinin saxlanması və İran və Yəməndəki “Ənsar Allah” (Husi) üsyançı hərəkatının hücumlarına qarşı istifadə edilən raketlərin tədarükü üçün təxminən 1,2 milyard dollar lazımdır...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi bu barədə cümə günü, oktyabrın 4-də büdcə sənədlərinə istinadən məlumat yayıb.

Büdcə sənədində göstərilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Bataan” amfibiya hücum gəmisinin və Qırmızı dənizdəki əməliyyatlarda iştirak edən “Eisenhower” aviadaşıyıcısının zərbə qrupunun gəmilərinin plandankənar təmiri üçün 300 milyon dollar xərclənəcək. Əlavə SM-ballistik raketlərin alınması, həmçinin “Tomahawk” qanadlı raketlərinin alınması üçün 57,3 milyon dollar sərf olunacaq.

Bloomberg-in mənbəsinə görə, bu maliyyə tələbi İsraildəki vəziyyət və ya bölgədəki düşmənçilik hərəkətləri ilə əlaqədar ABŞ Mərkəzi Komandanlığının artan xərcləri ilə bağlıdır

Poliqon.info

Избранный
29
1
poliqon.info

2Источники