RU

Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində…

Samvel Babayan Azərbaycanın bizim əsirlərimizi (Bakıda həbsdə olan separatçı-terrorçular nəzərdə tutulur – red.) buraxacağı təqdirdə təxminən 4 min azərbaycanlının (Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar – red.) harada basdırıldığını söyləyəcəyini bildirib.

Bu sözləri Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan yerli mediaya açıqlamasında deyib.

“Bu, zərərlidir. Azərbaycanlılar indi deyir ki, 4 min insanın nəşini qaytarın”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Azərbaycanın tələb etməsinə baxmayaraq, Ermənistan itkin düşən azərbaycanlılar haqda məlumat verməkdən imtina edir./Axar.az
Избранный
81
2
referans.az

10Источники