RU

Əvvəl nişanlısının üstünə qışqırdı, sonra onu bıçaqladı - QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Faris Babaşovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində Suraxanı rayon ərazisində qeydə alınıb.


Belə ki, Faris Babaşov tanışından bir neçə saatlığına istifadə etmək məqsədi ilə aldığı mobil telefonu geri qaytarmaq üçün onun yaşadığı ünvanına gəlib. O, qapını möhkəm döyüb, uca səslə qışqırıb. Bu zaman qapını tanışının qızı açaraq ona qapını möhkəm döyməməsini və qışqırmamasını deyib. Faris qızla uca səslə danışdığına görə onun qonaq gəlmiş nişanlısı, zərərçəkmiş Ülvi Hüseynov təqsirləndirilən şəxsin yanına yaxınlaşıb, nişanlısı ilə yüksək səslə danışmamasını bildirib. Zərərçəkmiş nişanlısını evin içinə ötürən zaman Farislə mübahisə edib. Bu zaman o, üzərində gəzdirdiyi bıçaqla Ülviyə iki zərbə vuraraq, ona bədən xəsarətləri yetirib.


Hadisədən sonra Faris Babaşov saxlanılaraq istintaqa cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Faris Babaşovun cəzasını 5 il 4 aya endirib.

Kamal Məmmədov 

Tarix: 4 Oktyabr 2024, 09:14   
Избранный
27
pravda.az

1Источники