RU

ABŞ-ın dövlət borcu 2 gündə 347,6 milyard dollar artıb

ABŞ-ın dövlət borcu 2025-ci maliyyə ilinin ilk 2 günündə rekord həddə - 374,6 milyard dollar artıb.

Marja xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

2024-cü maliyyə ilinin son günü sentyabrın 30-u olub. Oktyabrın 1-də ölkədə başlayan yeni maliyyə ilində ABŞ-ın dövlət borcu 143,3 milyard dollardan çox artaraq 35,464 trilyon dollara çatıb. Oktyabrın 2-sində dövlət borcu 204,3 milyard dollar artaraq 35,668 trilyon dolları keçib. Ümumilikdə, iki gün ərzində dövlət borcu 347,6 milyard dollar artıb ki, bu da Amerika mediasının qeyd etdiyi kimi, rekord artımdır.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin oktyabrında 2024-cü maliyyə ilinin gəlməsi ilə ABŞ-ın dövlət borcu iki gündə 315,7 milyard dollar artmışdı.

İyulun 29-da ABŞ Xəzinədarlığı ölkənin milli borcunun tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçdiyini açıqlayıb. Konqresin Büdcə Ofisi 2034-cü ildə dövlət borcunun 50 trilyon dolları ötəcəyini proqnozlaşdırır ki, bu da ÜDM-in 122%-dən çoxunu təşkil edir. 

Избранный
18
marja.az

1Источники