RU

Neftimizin qiyməti 80 dolları ÖTÜB

Yazını böyüt
Yazını kiçilt

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb.

Hafta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,15 ABŞ dolları, yaxud 4,10 % artaraq 80,04 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Избранный
6
49
hafta.az

10Источники