RU

ABŞ İranın hücumlarından silah arsenalını bərpa etmək üçün 1.2 milyard dollar xərcləyəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ İranın hücumlarından və "Ənsar Allah"a (husilər) qarşı həyata keçirdiyi əməliyyatlardan sonra öz silah arsenalını bərpa etmək üçün 1.2 milyard dollar vəsait xərcləyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Yeni büdcə sənədlərinə əsasən, Pentaqon Qırmızı dənizdə hərbi əməliyyatların keçirilməsi və gəmilərin saxlanması, həmçinin İran və onun tərəfdarlarının hücumlarını dəf etmək üçün atılan raket arsenalını bərpa etmək üçün təxminən 1.2 milyard dollar xərcləyəcək", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, xərclərin ən böyük hissəsi "USS Eisenhower" aviadaşıyıcısının və "USS Bataan" desant gəmisinin texniki xidmətinin plandankənar təmirinə sərf ediləcək.
Избранный
15
50
oxu.az

10Источники