RU

Nazir müavini: Gənclərin iqlim savadlılığının artırılmasına xüsusi diqqət göstərməliyik

Bu il ekologiya ilə bağlı ixtisaslara, əsasən də ekologiya mühəndisliyi, iqlim mühafizəsi, meşəçilik ixtisaslarına daxil olan tələbələrin sayı artıb.


APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 5-ci günündə çıxışı zamanı deyib.

O, həmçinin deyib ki, təhsil proqramlarına müvafiq dəyişiklər edilməlidir.

“Biz əgər gənclərin iqlim savadlılığının artırılmasını istəyirksə, bu istiqamətdə onların bacarıqlarının artırılmasına xüsusi diqqət ayırmalıyıq. Bu bacarıqlar vasitəsi ilə biz bərpa olunan enerji mənbələrindən daha yaxşı istifadə edib, tullantıları idarə edə bilirik" - deyə nazir müavini əlavə edib.

Избранный
11
apa.az

1Источники