RU

Nigar Arpadarai: Tədqiqat effektiv iqlim fəaliyyətinin təməlidir

Nigar

Bakı, 4 oktyabr, AZƏRTAC

Dünya artıq kritik bir dönəmdədir. Biz iqlim dəyişikliklərinin artan təsirləri ilə qarşılaşırıq. Planetimizin gələcəyi qlobal miqyasda tədqiqatları sürətləndirmək və əməkdaşlığı gücləndirmək bacarığımızdan asılıdır.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin sonuncu günündə keçirilən “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda Bakı İqlim Elmi Konfransında COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, iqlim dəyişikliyi vizual bir təhdid deyil və hazırda baş verməkdədir: “Alimlər bildirir ki, planetimizə vurulan zərərin qarşısının alına bilməyəcəyi kritik dönəmlərə sürətlə yaxınlaşırıq. Həmin təxirəsalınmaz vəziyyətə cavab olaraq istixana qaz emissiyalarını azaltmaq üçün qlobal öhdəliklər götürmüşük. Lakin təkcə vədlər kifayət deyil. Bizə lazım olan həll yolları - təmiz enerji, dayanıqlı infrastruktur, davamlı kənd təsərrüfatı hər zaman tətbiq olunmalıdır. Burada tədqiqat və əməkdaşlıq önəmli rol oynayır. Tədqiqat effektiv iqlim fəaliyyətinin təməlidir. Elm və texnologiyadakı yeniliklər bizə Günəş və külək enerjisi, qabaqcıl batareyalar kimi inanılmaz alətlər təqdim edib. Belə bir iddialı hədəfə çatmaq üçün bilik sahələrimizi daha da genişləndirməliyik. Bərpaolunan enerji və karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında irəliləyişlərə ehtiyac var”.

Избранный
13
azertag.az

1Источники