RU

Rəşad Nəbiyev Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri çərçivəsində Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə nəqliyyat sahəsində ikitərəfli və “Lapus Lazuri” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

Məlumata görə, bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “Lapis-Lazuli” (Lazurit) marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə arasında beştərəfli saziş 2017-ci il noyabrın 15-də Aşqabadda imzalanıb. Sənəddə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz) modernləşdirilməsi, həmçinin gömrük rəsmiləşdirilməsi proseduralarının asanlaşdırılması nəzərdə tutulur. Saziş razılıq əldə edən tərəflərin ərazisindən yüklərin fasiləsiz daşınmasına, nəqliyyatın tranzit hərəkəti ilə bağlı məsələlərin və proseduraların sadələşdirilməsinə şərait yaradır, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir.

Nəqliyyat dəhlizinin “Lazurit” adlanması iki min il əvvəl bu marşrutla əfqan lazuriti və digər yarımqiymətli daşların Qafqaza, Balkan ölkələrinə, Şimali Afrikaya və Avropaya daşınması ilə əlaqəlidir.

2018-ci ildə Əfqanıstanın Herat şəhərində Lazurit dəhlizi üzrə yükdaşımalara start verilib.

Избранный
35
5
apa.az

7Источники