RU

Qatar yoluna düşən sərnişinin son vəziyyəti AÇIQLANDI

Metronun "Ulduz" stansiyasında qatar yoluna düşən şəxsin (kişi cinsli) hər iki ayağı amputasiya olunub".

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Oktyabrın 3-də saat 19:00-da metronun "Ulduz" stansiyasında qatar yoluna düşən şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onun hər iki ayağı amputasiya olunub, vəziyyəti ağır stabildir".

Xatırladaq ki, oktyabrın 3-də sərnişin metronun "Ulduz" stansiyasında qatar yoluna düşüb. TƏBİB-dən verilən ilkin məlumatda şəxsin sağ aşağı ətrafının amputasiya olunduğu bildirilib. Hadisə nəticəsində qatarların hərəkətində 24 dəqiqə yubanma olub.

Qeyd edək ki, bu, eyni gündə təkrarlanan ikinci hadisə olub. Həmin tarixdə saat 16:00-da başqa bir sərnişin metronun "28 May" stansiyasında qatar yoluna düşüb, bundan sonra o, qatarın altında qalaraq vəfat edib.

Aygün Mirakif

Mənbə: oxu.az

Избранный
9
1
oxu.az

2Источники