RU

Fələstin tərəfdarları İsveç xarici işlər nazirinə pomidor və soğan atdılar


Fələstin tərəfdarı etirazçılar İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqarda pomidor və qırmızı soğan atıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli “Sveriges Radio” radiostansiyası məlumat yayıb.
Məlumata görə, insident cümə axşamı parlamentdə İsveçin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyinin müzakirə olunduğu iclas zamanı baş verib.
Radionun məlumatına görə, atılanlar XİN rəhbərindən yan keçib və o, xəsarət almayıb.
Daha sonra müzakirələr dayandırılıb və Stenerqard iclas zalından çıxarılıb.
Polisin bildirdiyinə görə, parlamentdəki müzakirəni 45 yaşlı qadın və 35 yaşlı kişi pozub. Hadisədən sonra onlar da iclas zalından çıxarılıblar.
Избранный
12
yeniavaz.com

1Источники