Yaponiyanın yeni baş naziri Şiqeru İşiba Çin və Rusiyanın ölkənin hava məkanını dəfələrlə pozduğunu bildirib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin başçısı parlamentdə ilk çıxışı zamanı bildirib: “Çin və Rusiya bir neçə dəfə bizim hava məkanımızı pozub. Bu, ölkəmizin suverenliyinə ciddi şəkildə təhdiddir”. İşiba Yaponiyanın İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən çətin təhlükəsizlik mühiti ilə üzləşdiklərini deyib.
Vəli Həsənoğlu,
KONKRET.az