RU

“Zəfərimizdən sonra ilk dəfə Cəbrayıla gələndə dəhşətə gəldim” – İlham Əliyev

“Mən tarixi Zəfərimizdən sonra birinci dəfə Cəbrayıla gələndə dəhşətə gəldim”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında çıxışı zamanı səsləndirib. 

“Biz bilirdik ki, ermənilər bizim torpaqlarımızda öz vəhşiliyini hər yerdə göstərmişlər.

Bilirdik ki, ərazilərimizin böyük əksəriyyəti dağıntılar içindədir. Amma bu dərəcədə vəhşiliyi, qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı”, - deyə Dövlət başçısı vurğulayıb.

Bizim.Media

Избранный
17
1
bizim.media

2Источники