RU

Qaxda məktəblini it dişləyib

Qaxda it 11-ci sinif şagirdinə hücum edərək xəsarətlər yetirib.

"Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə. Cumazadə yolla hərəkət edərkən həyətlərin birindən çıxan it ona hücum edərək ağır yaralayıb.
Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, it qızın boyun, döş, bel və ayaq nayihələrinə  xəsarətlər yetirib.

Hazırda xəstəxanada məktəblinin müalicəsi davam etdirilir.

www.anews.az
Избранный
13
5
anews.az

7Источники