RU

Aşiq sənətinə böyük etiram

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır . Aşıq Ələsgər bir böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini,mənəvi dəyərlərini ,adət-ənənəsini,
xeyrini-şərini, sevincini-kədərini,ictimai dərdlərini cox böyük ustalıqla ,uca sənətkarlıqla öz əsərlərində əks
etdirmiş, açıb göstərmişdir. Aşıq Ələsgər 1821-ci ildə İravan xanlığının Göycə mahalının Ağkilsə kəndində
anadan olmuşdur.Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu Ağkilsə kəndində vəfat etmiş və burada
da dəfn edilmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 90-cı illərin əvvəlində Azərbaycanın böyük aşıq-şairinin qəbri ermənilər tərəfindən vəhşicəsinə yerlə yeksan edilmişdir.Aşıq Ələsğərin xatirəsi döv-
lətimiz tərəfindən əbədiləşdirilib. Onun adına küçə,mədəniyyət sarayı,respublika Xalq Yaradıcılıq evi fəaliyyət
göstərir. Xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz Ulu Öndərimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilib, qədim yurd yerimiz olan Göyçə mahalında isə Aşıq Ələsgərin abidəsi ucaldılıb. Aşıq sənətinə göstərilən diqqət, qayğı, zəngin ənənə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin 2021-ci il 18 fevral tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, Türk dünyasının ozan aşığı Dədə Ələsgərin anadan olmasının 200 illiyi həm ölkə miqyasında, həm də ölkəmizin hüdudlarından kənarda TÜRKSOY vasitəsilə geniş qeyd olunub. 2021-ci il noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam isə Aşıq Ələsgər yaradıcılığına və irsinə olan yüksək diqqət və qayğının nəticəsidir.
“Prezident İlham Əliyevin aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgər irsinə dərin ehtiramını özündə əks etdirən bu sərəncamların icrasını mədəniyyət xadimləri, ziyalılar, aşıq sənətinin nümayəndələri, saza, sözə bağlı olan hər kəs ümumxalq minnətdarlığı ilə qarşılayıb. Bu günlərdə paytaxtda ustad sənətkarın xatirəsinə ucaldılmış abidənin açılışı da milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin göstəricisidir.

Açılış tədbirində çıxış edən dövlətimizin başçısı İlham Əliyev Aşıq Ələsgər yaradıcılığının Azərbaycan xalqı və eləcə də bütün Türk dünyasında önəmli mənəvi dəyər kəsb etdiyini diqqətə çatdırıb və böyük sənətkarın miras qoyduğu zəngin irsi Azərbaycan milli mədəniyyətinin vacib hissələrindən biri kimi dəyərləndirib. Azərbaycan xalqının öz tarixinə və mədəniyyətinə olan bağlılığını ifadə etmək istiqamətində xüsusi əhəmiyyəti ilə seçilən bu abidə həm Aşıq Ələsgərin xatirəsini yaşatmaq baxımından, həm də tarixən Qərbi Azərbaycan torpaqlarında yaradılmış milli mədəniyyətimizin qorunub-saxlanması və yaşadılması baxımından mühüm strateji əhəmiyyət daşıyır”. Prezident İlham Əliyev abidənin açılışında qeyd etdi ki, yaşından, peşəsindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşını milli varlığımızı, mədəniyyətimizi və əcdadlarımızın yaratdığı mədəni irsə sahiblik hüquqlarımızı qorumağa çağırmaqla həm də milli-mədəni irsimizin və milli dəyərlərimizin qorunmasının vacibliyini bir daha vurğulamış oldu. Prezidentin bu çıxışı Azərbaycan xalqının keçmişi ilə fəxr etdiyi kimi həm də gələcəyə doğru əmin addımlarla irəliləməsi üçün bir çağırış kimi qəbul oluna bilər. Aşıq Ələsgərin abidəsi həm tarixi şəxsiyyətlərin unudulmaması, həm də Azərbaycan xalqının milli kimlik məfkurəsinin və vətənpərvərlik hisslərinin gücləndirilməsinə və ideoloji maarifləndirilməsinə istiqamətlənmiş bir addımdır. Cənab Prezident öz çıxışında qətiyyətlə bildirdi ki, “gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”. Prezident İlham Əliyevin bu mesajı Qərbi azərbaycanlıların taleyi ilə bağlı yaxın gələcəyə hesablanmış işıqlı bir müjdə kimi qəbul oluna bilər. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı

Избранный
7
5
moderator.az

6Источники