RU

İsrailin Türkiyəyə ərazi iddiası... - Sorğu

Türkiyə vətəndaşlarının əksəriyyəti hesab edir ki, İsrailin onların ölkələrinə qarşı ərazi iddisı var.

Turkustan.az xəbər verir ki, bu barədə “Areda Survey” araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrinin yer aldığı hesabatda qeyd olunub.

Məlumata görə, 1100 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 89 faizi “İsrailin Türkiyə ərazisi ilə bağlı ambisiyaları varmı” sualına “Hə”, 10.6 faizi isə “Yox” cavab verib.

Sorğu İsrailin Livana qarşı hərbi əməliyyatlarından sonra keçirilib.

Analoji sorğu 2023-cü ilin dekabrında da keçirilmişdi. Həmin vaxt eyni suala respondentlərin 81.6 faizi “Hə”, 18.4 faizi isə “Yox” cavabını vermişdi. /axar.az/

Избранный
1
1
turkustan.az

2Источники