RU

Universitetin həyətində yanğın baş verdi

Saat 09.30 radələrində İstanbulda  Bahçeşehir Universitetinin bağçasında boş konteynerdə elektrik cərəyanının təması nəticəsində yanğın baş verib.

News24.az xəbər verir ki, yanğın böyüdükcə ətrafı qatı tüstü bürüyüb. Digər konteynerlərdə olan işçilər yanğına müdaxilə edərək yanğınsöndürənlərə xəbər veriblər.

Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürmə qrupu yanğına müdaxilə edərək söndürüb.

Yanğında tüstüdən təsirlənən bəzi işçilərə təcili yardımda müalicə edilib. İki işçi ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib.

Günel Məlikzadə


Избранный
25
news24.az

1Источники