RU

Naxçıvanda bu il KOB subyektləri 22 mənşə sertifikatı alıb

Bu ilin yanvar-sentybar aylarında Naxçıvan Muxtar Respublikasında KOB subyektlərinin istehsalı olan məhsullara 22 halda mənşə sertifikatı verilib.

"Far.Az"un yerli bürosunun məlumatına görə, bunu Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında çıxış edən muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Qeyd edib ki, bu ilin 9 ayında özəlləşdirilən dövlət əmlakların 93,8 %-i KOB subyektləri tərəfindən həyata keçirilib, verilən lisenziyaların 97,4 %-i KOB subyektlərinin payına düşüb.

Həmçinin maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri olub. 9 ay ərzində bank və kredit təşkilatları tərəfindən KOB subyektlərinə verilən kreditin 7,8 %-i Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondlarının vəsaitləri hesabına təmin edilib.

Fond tərəfindən verilən güzəştli kreditlərin layihə sayı üzrə 92 %-i, kreditin məbləği üzrə isə 27,7 %-i Kiçik və Orta Sahibkarlıq subyektlərinin payına düşüb.

Muxtar respublikada iqtisadi sahədə həyata keçirilən tədbirlər, o cümlədən iqtisadiyyata investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması, səmərəliliyinin yüksəldilməsi, şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılması məqsədi daşıyır.

Избранный
11
1
far.az

2Источники