RU

İsrail ordusu qaçqın düşərgəsinə hücum etdi, ölənlər var

İsrail döyüş təyyarələrinin İşğal altındakı İordan çayının qərb sahilinin şimalındakı ''Tulkerim'' qaçqınlar düşərgəsinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, çox sayda adam da yaralanıb.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail döyüş təyyarələri ''Tülkərim'' qaçqınlar düşərgəsindəki kafeyə hava hücumu təşkil edib.

Hücum nəticəsində 18 nəfərin öldüyü, çox sayda adamın da yaralandığı vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini İsrailin Qəzzadakı məktəblərə etdiyi hücumlarla bağlı paylaşım edib.

Filip Lazzarini İsrail ordusunun son 2 gündə Qəzzada yurd-yuvalarından didərgin düşmüş fələstinlilərin sığındığı UNRWA-ya aid 3 məktəbə hücum etdiyini bildirib.

Hücumlarda azı 21 nəfərin öldüyünü ifadə edən Filip Lazzarini hədəf alınan məktəblərdə 20 mindən çox köçkün fələstinlinin qaldığını vurğuladı.



Избранный
1
trt.net.tr

1Источники