RU

Kərəm Aktürkoğlu ingilis nəhənginin radarında - Transfer məbləği 40 milyon avro

Bu yay mövsümündə Türkiyənin “Qalatasaray” klubundan Portuqaliyanın "Benfika" komandasına transfer olan Kerem Aktürkoğlu matçlarda göstərdiyi performansla Avropanın nəhəng komandalarının radarına düşüb. 

Missiya.Az “Fichajes”ə istinadən xəbər verir ki, türkiyəli ulduz futbolçunu İngiltərə nəhəngi "Mançester Yunayted" öz komandasına cəlb etmək istəyir.

Bildirilir ki, Aktürkoğlu "Benfika" forması ilə oynadığı matçlarda qol vurmaqla Avropada adından söz etdirib və ingilis klubunun radarına düşüb.

Məlumata görə, “Mançester Yunayted” klubu bu transfer üçün “Benfika”ya 40 milyon təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm "Benfika"nın heyətində 5 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
7
missiya.az

1Источники