RU

EL  SƏNƏTKARLARIMIZ  - CİNLİ  ƏLİ

İlqar MÜZƏFFƏROĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

ElşairiCinliƏli

(Müstəcəboğlu) XX əsrin ortalarında meydana çıxmış dəyərlisöz sənətkarıdır. Onun qələmə almış olduğu qoşma. gəraylı, divani və s. nümunələr ustad sənətkarlar tərəfindənhəmişə də yüksək dəyərləndirilmişdir.

Cinli Əli 1909-cu ildə Goranboy rayonunun Zeynallı-Cinli kəndində dünyaya göz açmışdır. Sonralar o, taleyini həmin rayonunXanqərvənd kəndinə bağlamış, ömrünün sonunakimibu oymaqda yaşamışdır. Qəribə də olsa, o. hər aşığam deyib çiyninə saz götürənlərə həmişə çəpəki baxmış, həttasözlərinin onlar tərəfindən səsləndirilməsini də belə özünə rəva bilməmişdir. Elə buna görə şairin külliyyatımüəyyən müddətel-oba arasında çox da geniş yayılmamışdıp...

Şairin ayrı-ayrı tanınmış sənətkarlara məktubları el-obaarasında olduqca böyük maraqla qarşılanmışdır. Onunölməz sənətkarımız Aşıq Əmraha həsr etdiyi "Salam de" şeirinə nəzər yetirək:

Kağız, yeri Gürcüstana yetginən,

Əmrah adlı qardaşıma salam de.

Könüldən könülə bir yol açılıb,

Ürək açan sirdaşıma salam de.

O, sadə insandı, el sənətkarı,

On üç şəyirdi var, neçə bazarı...

Bircə mizrabıynan susdurar tarı,

Sinəsində daş-qaşıma salam de.

Müqəddəs borcumdur dostu axtaram,

Çəkəmciyərimə, köksümü yaram...

Mən Cinli Əliyəm, qoca əyyaram,

O ağlıma, o huşuma salam de.

Cinli Əlinin vəfatından on bir il sonra yaradıcılığının cüzi bir hissəsini əhatə edən "Sən olmasaydın..." adlı şeirlər kitabı (Bakı, "Səda", 1997)kütləvi tirajla buraxılsa da, qısa bir müddətdə oxucular arasında sürətlə yayılmışdır.

Bu kitaba ön söz yazangörkəmli folklorşünas, filologiya elmləri doktoru,professor Sədnik Paşa Pirsultanlışairin yaradıcılığını yülsək dəyərləndirmişdir: "Azərbaycan dilini şeir dili kimi tanıdan, onun ləhcə, intonasiya xüsusiyyətləri, ən əsaslısı söz ahəngidir. Məhz Cinli Əlinin şeirləri canlı xalq dilindənyoğrilmuşdur. "Sən olmasaydın" qoşmasındao, "bu günə qalmazım sən olmasaydın"deməklə eşqin, məhəbbətin dənizinə düşdüyünü, ömrü boyudənizdə üzdüyünü, heç bir zaman bir sahilə çıxa bilmədiyini bildirir.Lakin eşq-məhəbbət yolundakıbu iztirablar.əzablar ona çox şey bəxş etmişdir.Cinli Əlinin canındabir Leyli dərdi, bir Məcnun yanğısı vardır."

Doğrudan da Cinli Əlinin eşq-məhəbbətyönümlüəsərlərində bütün varlığı ulə sevən bir qəlbin çırpıntılarını hiss edirik. Müqəddəseşqininsanın mənəvi dünyasında bəzən günəş kimi nur saçdığının, bəzən də necətufan qopardığının şahidi oluruq:

Mənim bu könlümü açıb güldürsən,

Gedərsən behiştə imamət kimi.

Dolannam başına pir deyib sənin,

Sınanmışbir ocaq, ziyarət kimi.

Sən əhdi-peymanı gəl yerə vurma,

Di yaxınlaş görüm, aralı durma.

Çox sözü aldanıb qeylü-qal qurma,

Qoy tutum yaxandan ibadət kimi.

Bu yurdun oğluyam ağlım kəsəndən,

Başqa umacağım yoxdu ha səndən.

Demə Cinli Əli, incimə məndən,

Durmuşam qarşında səadət kimi.

Nümunə çəkdiyimiz "Kimi"adlı bu şeirdəbir arzu-isyəyin lirik təcəssümü öz əksini tapır. Lirik qəhrəman hər bir misrada sevdiyi kəsə öz ehtiramını bildirir, onu yüksək dəyərləndirir.Bu şeirdə sevgininmüqəddəsliyi və ucalığı aydın bir surətdə oxucu yaddaşına həkk olunur.

Şairin bəzi məhəbbət mövzulu şeirlərində isəsanki fırtına baş qaldırır, tufan qopur... Lap "Binəva" şeirində olduğu kimi:

İtirdin ağılı, batırdın huşu,

O sənsənmi bəxtiqara binəva!?

Keçirdiyin günlər yada düşəndə,

Baxmırdınmı ahı-zara binəva!?

Cinli Əlinin məhəbbət mövzusunda yazmış olduğu"Getdi, gəlmədi", "Hayıf ", "Qaragözlü", "Gəldi", "Mən", "Ceyran", "Getdi"və başqa-başqa bu ruhlu şeirləri ayrı-ayrı əhval-ruhiyyənin bədii əksidir.

Cinli Əlinindövrlə,zamanla uzlaşmayan, hər cür haqsızlıqla. ədalətsizliklə və s. bu kimi hallarla bağlı şeirləri də onun yaradıcılığındanqırmızı bir xətt kimi keçir. "Gəzir", "Ay indən belə", "Arasında", "Bir gün", "Sinəmdə", "Olacaq", "Yazmayıb", "Bilginən" və s bu kimi şeirlər bu gün daha geniş yayılmışdır. "Sinəmdə" şeirində şair yazır:

Ehtiyac aləmdə ən ağır yükdür,

Xış sürüb hey bostan əkir sinəmdə.

Şeir düzümüylə, söz karvanıyla,

Bu həyathaqq-hesab çəkir sinəmdə.

Aləmi zərrədə dəhşət, ruzigar,

Hökümdə qətidi, söz olmaz inkar.

Tarix yola saldı neçə zülümkar,

Gedən gedib, qalan çökür sinəmdə.

Mən Cinli Əliyəm, xeyirin, şərin,

Yerini, yurdunu bilirəm dərin.

"Şeşinə", "yekinə"bələdəm zərin,

Dərd-sər ciyərimi sökür sinəmdə.

Cinli Əlinin yaradıcılığınıfilologiya elmləri doktoru, professor, tanınmış Füzulişünas Sabir Əliyev dəyüksək dəyərləndirmişdir: "... Cinli Əli dil cəhətcə yazıb-yaradan həmkarlarından seçilən bir sənətkar olmuşdur. O,sözlərə qol-qanad vermiş, həmişə də şeirlərində yeni-yeniməna-məzmunaxtarışına çıxmışdir ki, bu da onun fikrinin daha poetik alınmasında ən ümdə bir təkan olmuşdur..."

Cinli Əlinin bir-birindən maraqlı, oxucu diqqətini cəlb edənvə zəngin təfəkkürlə mayalanmış divaniləri də vardır. İlhamını şeirin bu növündə dəsınaqdan keçirənel şairi"Dil"divanisindəinsanlar arasında ünsiyyət vasitəsi sayılan dil haqqında deyir:

İbtidadan ixtiradır,

Dolanır dünyanı dil,

Bir-birinə uyğunlaşır,

Verir bir mənanı dil.

Çalxalayır aləmi hey,

Qaynadır qazan kimi,

Silkələyir var mahalı,

Oynadır hər yanı dil.

Yaddaşlarda naxış salır,

İnsanın əməlində,

Hər bir kəsin əməlini

Danışdırırdilində.

Saxlayır pak vicdanını,

Namusunu əlində,

Bu aləmə yol göstərir,

Tanıdır loğmanı dil.

Qələm. qılınc əvəzidir,

Dünyanın pənahıdır,

Kimdə varsa ixtiyardır,

Xəlqin qibləgahıdır.

Cinli Əli, əzəl gündən,

Dil ömrünün şahıdır.

Ev uçurar, ev dağıdar,

Dinərsə pünhanı dil.

Şairin "Sığındım", "Danış", "Gərək", "Qədər","Əli", "Axtarıram" və s. divaniləri dəsevilə-seviləoxunur.

Sonda onu demək istəyirik ki, bu el şairinin yaradıcılığı hələ folklorşünaslarımızın diqqətinidərindən cəlb etməli, onun yaradıcılığıgünümüzün tələbləri səviyyəsinə uyğun bir şəkildədə ətraflı surətdə araşdırılmalı, geniş tədqiqat obyektinə çevrilməlidir.

---------------------------------------------------------

CİNLİƏLİNİN ŞEİRLƏRİNDƏN NÜMUNƏLƏR

ÇƏKİRSƏN

Olma məni sınayırsan,

Qəlbini yana çəkirsən.

Maviyəynən qohumsanmı,

Qılıncı cana çəkirsən.

Vurma mənə təzə yara,

Ölüm mənim, yoxdu çara...

Gününü keçirmə qara,

Əlini qana çəkirsən.

Cinli Əlinin dilləri,

Xırd eylər ləli-gövhəri.

Kətəyənin sünbülləri,

Öznü insana çəkirsən!?

1958

Y O X D U R S A

Bir dingilişqulutanışımtez-tez mənə lağ eləyibdeyirdi ki,ayə, gör səndən neçə yaş böyüyəm... mənim saçım şəvə kimidir,amma sən saçını qar kimiağartmısan...

Fikrin dolanmasın yalda-yamacda,

Köksünü yandıran narı yoxdursa.

Gec-tezbada verər ömrü ağac da,

Başında bəhəri, barı yoxdursa.

Alın təri çıxmaz müftə yeyəndən,

Bir kəramət umma özün öyəndən.

Əzəmət gözləmə dağam deyəndən,

Başında bir çərək qarı yoxdursa.

Dünyanın sevinci, həm də dərdi var,

Gərəktən olasan ömrə-günə yar.

Cinli Əli deyər,kim saç ağardar,

Namusu, qeyrəti, arı yoxdursa.

1972

GEDƏR

Mən nə deyim, sən də nəyi yazasan,

Ömür tər yemişdi, saralar gedər.

Hərə bir arzuyla yaşar dünyada,

Axırı qaradı, qaralar gedər.

İnsan zəlalətin gözlərim gördü,

Xoş keçən ömrümü ələm bürüdü.

Ha doğru söz dedim, yalan yeridi,

Həqiqət arada aralar gedər.

Yəqin yalan deməz bu Cinli Əli,

Əlinin tarixi gördü əməli.

Əməlin hökmüynən şeytanın feli,

Yandırar könlümü, yaralar gedər.

BİR GÜN

Çox füqan eyləmə, a dəli düşmən,

Dərd səni ilantək çalacaq bir gün.

Çoxdakı yığıbsan, var qazanıbsan,

Fələk əllərindən alacaq bir gün.

Qəzanın qüdrəti, təhriqiyyəti,

Qadirin qüvvəsi qətidi, qəti.

Şeytanın əməli, kəskiniyyəti,

Kəmsiyi boynuna salacaq bir gün.

Mərasim bağlayıb el yığılanda,

Dolğun gözlərini bulud alanda.

Özün gedib, əməllərin qalanda,

Dillərdə söhbətin olacaq bir gün.

Demədimmi uyma dünya malına,

Arvadın-uşağın beh-bazarına.

Yaman gündə kimsə gəlməz karına,

Güllərin saralıb-solacaq bir gün.

Adım Cinli Əli, cümlə-cahanım.

Dərk edir aləmi sirri-pünhanım.

Təkcə Tanrıyadı mənim gümanım,

Qalsa, O qaydıma qalacaq bir gün.

BAXIRAM

Min qurban deməklə sağalmaz xəstə,

İş Tanrı deyəndir, ona baxıram.

İnsan bir meyvədir, həyat yetirir,

Torpaq da yeyəndir, ona baxıram.

Qurban da dedim mən, çatmadı çağa,

Haram oldu, həsrət qaldı bıçağa.

İbadət eylədim o böyük dağa,

Qaldırıb-əyəndir, ona baxıram.

Dünyada qisməti var hər kəsin də,

Gözüm yox özgənin bir tikəsində.

Mən Cinli Əliyəm, söz kölgəsində,

Ömrüm bir gəyandır, ona baxıram.

BACARAMMAZ

Çırpınıb nə qədər qanad çalsa da,

Tərlan uçuşunu qaz bacarammaz.

Yüzillik qarının bir felini də,

Yenicə yetişmiş qız bacarammaz.

Qartal zirvələrdə çıxar cövlana,

Sərçə dərələrdə sinər bir yana.

Bülbülün qəmzəsi yayılar cana,

Qarğa meydan açıb naz bacarammaz.

Ay Əli, tülkü ha məğrur dayana,

Heç zaman bənzəri olmaz aslana...

Bir kəs ki, içindən alışa, yana,

Onunla şaxta, qar, buz bacarammaz.

BİLGİNƏN

Zülüm qalxıb, həddi aşıb, başa düş,

Yavaş-yavaş ərşə çatır, bilginən.

Elə bilmə yiyəsizdi bu dünya,

Deməynən ki, fələk yatır, bilginən.

Görməmişəm Hindi-Çini, Kitayı,

Görməmişəm bu istini, bu yayı...

Şahmarın dilində zəhərli payı,

Dişləri kim olsa batır, bilginən.

Eranın axırı, əsrin sonunda,

Bir seyid gələcək mavi donunda...

Şair Cinlı Əli Əli yolunda,

Şirin canı oda atır, bilginən.

VERMİŞƏM

Son zamanlar əzizliyi görmədim,

Yandırıb canımı oda vermişəm.

Düşmən gileylidi, dost da narazı,

Fürsəndimi tutb yada vermişəm.

Hökmün zəruridi, a qoca fələk,

Talehin dövrana qurubdu kələk.

Gəlsə, çarə olmaz yüz huri-mələk,

Nəfsimi yandırıb bada vermişəm.

İsmim Cinli Əli, məkanım hara,

Ruh tərsinə çəkir, deyir ki, bura...

Cismim qan ağlayır, yetişmir kara,

Haqq-hesabı bu dünyada vermişəm.

AY DİLƏN

...N.S.Xruşşovun Sovet dövlətinə başçılıq etdiyi dövrlər idi. Günlərin birində belə bir qərar verildi ki, kəndli bir inək, on qoyundan artıq mal-qara saxlaya bilməz. Atın-eşşəyin də adını tutmağa dəyməzdi...Dövlət tərəfindən müsadirə olunurdu.Bir qarış artıq yer əkib-biçmək olmazdı... Artıq yerlərdəki bağ-bostanı, ağaclarıbuldozerin ağzına verirdilər...

Qəm eyləmə, dünya bizim dünyadı,

Qəm çəkmədi Adəm Ata, ay Dilən.

Bircə inək, onca qoyun normadı,

Həsrətik eşşəyə, ata, ay Dilən.

Dedim zalım qonşu az götür yeri,

Ayağından gödəlt, bir az çək geri...

Ölçüyə gələcək doqquzdan biri,

Dolanmaq olubdu xata, ay Dilən.

Süleyman salıbdı beş hektar bağı,

Kubikdən tikdirib dördgöz otağı,

Üç metrəyə süzüb qarpızın tağı,

Haqq özü yetirib tata, ay Dilən.

Qırılıb qocalar, cavanlar qalıb,

Az qoca qalıbdı, dərdin azalıb...

Zalım fələk gör bir nə azar salıb,

Düzələrmi qiyamata, ay Dilən.

Ərzə vercənnətə, al cavabını,

Behişt müşkül işdir, bil hesabını.

Cinli Əli açıb söz kitabını,

Lənət pisə, xəyanata, ay Dilən.

1963

Избранный
14
turkustan.az

1Источники