RU

Putin ad günündə prezidentlərlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də ad günündə MDB dövlət başçıları ilə görüşəcək və işgüzar görüşlər də planlaşdırılıb. 

“Cebheinfo.az” xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Xüsusi bayram kimi heç nə olmayacaq. Onun səhər saatlarında qapalı, ictimai olmayan görüşləri olacaq. Axşam MDB dövlət başçıları prezidentlə görüşəcəklər. Sizə əlavə məlumat verəcəyik”, - deyə Peskov oktyabrın 7-də prezidentin ad günündə təqvimi ilə bağlı sualı cavablandırıb.

Oktyabrın 7-də dövlət başçısının 72 yaşı tamam olur.

Избранный
25
1
cebheinfo.az

2Источники