RU

Türk dünyasının coğrafi  toponimləri ...

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Milli-etnik Türk qövmünün dünyada sayı 200 milyon nəfərə qədərdir, Avropa, Asiya və Amerika qitələri ərazisində daha geniş sərhəd hüdudlarında minilliklər boyunca yaşamaqla, müxtəlif, müstəqil siyasi-dövlət idarəetmə sisteminə, federativ dövlət qurumu strukturuna, milli-mədəni muxtariyyət və rayon/ərazi…statusuna yiyələnməklə, hakimiyyət quruluşuna malik olmaqla qədim və ənənəviTürk dövlətçiliyi gələnəklərini yaşatmaqdadır.

Türk dünyası ölkələri və coğrafi yayılma məkanları, Türkdilli qovmünün kökənli yurd-ocaqlarının tanınması baxımından etnogenetik yer adlarının elmi-nəzəri əsaslarına diqqət yetirilməsi xüsusilə vacibdir. Ümumiyyətlə, yer adları/toponimlər milli-tarixi, etno-mənəvi mənsubiyyət ifadəsi olduğundan, siyasi-ictimai dəyər daşıdığı üçündüşmən qüvvələrinin yürütdüyü işğalçılıq siyasətində hədəf nişangahı kimi dənəzərə alınır. Tarixən işğalçılıq siyasəti yürüdən dövlətlər yerli toponimlərin dəyişdirilməsinə (müstəqil və ya müstəqim halda) daha çox diqqət yetirilmişlər.

Bu baxımdan Rusiya Federasiyasında, Şərqi Avropa ölkələrində, “Ermənistan” Respublikasında…XVII-XX əsrlərdə əski Türkdilli coğrafi məkan ünvaları qəsdən dəyişdirilmiş, etno-milli, mədəni-mənəvi irs zənginliyinə zərbə vurulmuş, Türk-Müsəlman izinin silinməsi, yox edilməsi naminə leksik-fonetik assimlyasiya həyata keçirilmişdir.

Yer adları xəritələrin əsas məzmun, tərkib hissəsini ifadə etdiyindən və beynəlxalq dövlətlərarası tənzimlənmə zəruriliyi ictimai-siyasi, elmi-nəzəri...dəyər kəsb etdiyindən Birləşmiş Millətlər Təşkilatında Coğrafi adlar üzrə xüsusi ekspertlər qrupu fəaliyyət göstərir, dövri olaraq Beynəlxalq Kartoqrafçılar Assosiasiyası/Toponimika üzrə Beynəlxalq Coğrafiyaçılar İttifaqı məruzələrlə-hesabatlarla çıxış edir.

Təsadüfi deyil ki, bir sıra dövlətlər silah/təzyiq vasitəsi kimi toponimlərə/ünvanlara qarşı “şiddət” göstərməyə (etnomilli, kökənli yer adlarının dəyişdirilməsinə, saxtalaşdırılmasına, uydurma ünvanların yaradılmasına), qondarma adlarla“xəritə” tərtibinə geniş yer verir, bu istiqamətdə bütün imkanlardan istifadə edirlər.

Belə ki, artıq XX əsrdən etibarənTürk-Müsəlman mənşəli toponimlərin dəyişdirilməsi və xəritələşdirilməsi, həmin nəşrlərlə təbliğat prosesnin gücləndirilməsi, xüsusilə, Türk dünyası ölkələrinə qarşı intensiv şəkildə həyata keçirilməkdədir...

Yer adlarının yaranması Tarixi zərurət olduğu kimi, onda mistik-İlahi hökmün ruhu da yaşayır, Tarixə qovuşan Zamanı özündə əks etdirir, Tarixi unudulmaqdan qoruyub hifz edir.

Yaradanın İlahi hökmləri sırasında yaranana xüsusi Ad verilməsi-İrfani-Fəlsəfi mahiyyət daşımaqla yanaşı, həm də milli-mədəni, ictimai-mənəvi…dəyərlərə malik obyektiv bir prosesdir, müxtəlif məqsədləri özündə ehtiva etsə də, üç əsas prinsipdən ibarətdir:

-tarixiliyin ifadəsi;

-coğrafi məzmun eyniliyi;

-filoloji məna dəyəri;

Yer adlarının tarixilik prinsipinə uyğunluğunda Avrasiya materiki hüdudlarında ÜmumTürk coğrafiyası səciyyəvi cəhətləri ilə fərqlənir. Böyük Quru Parçasının dörd tərəfinə “Böyük köç”ün (10-12 min illik tarixə malik) bir istiqaməti də müasir Berinq bərzəxindən keçməklə Amerika qitəsinə yayılan protoTürk qəbilələrin (aleutlular, haydalar, qaraayaqlılar, apaçilər, mandanilər, sarsilər, komançilər...,indi ümumilikdə “hindular” adlanır) məskunlaşma yerləri də əski Türkdilli etno-demoqrafik tərkibə və etno-milli toponimlərə malikdir..

ABŞ-ın Miçiqan ştatındakı Universitetin Tibbi hesablama və biologiya Kollecinin professoru Noy Rezenberq, onun tədqiqatçı həmmüəllifi Matias Yakobson, İllinoys ştatı Universitetinin molekulyar antropoloq-genetiklər Ripan Malxay və Cennifer Raff çoxillik ekspedisiya tədqiqatlarının ümumiləşdirilmiş nəticələrinə əsasən müəyən etmişlər ki, yakutların, nenlərin, Sibir və Altay diyarının kökənli qəbilə-tayfa birlikləri ilə Amerika qitəsinin yerli xalqlarının etnogenetik eyniliyi təkzibedilməz nəticələrlə sübutlanır.

Daha sonra, Şimali Britaniya Kolumbiya Muzeyinin tarixçiləri Syuzan Marsden, Karl Qustav Yunq və Cozef Con Kempbel qitənin “hindu” tayfalarının şifahi nitq mədəniyyətinin təşəkkülü tarixini və etnoirs zənginliyini tədqiq etməklə, belə qənaətə gəlmişlər ki, bu tarix ən azı 5000 ilə bərabərdir, yerli mifoloji irsin məzmunu Asiya qitəsinin Altay ailəsinə mənsub xalqların dini-sakral və mistik-fəlsəfi təlimləri ilə eynidir, üzvi bağlılıq təşkil edir.

Rusiyalı jurnalistlər A.Petrovun və V.Qrammın“Hindular sibirli olmuşlar” başlıqlı məqaləsində (qazeta.ru internet potalının 28 noyabr 2007-ci il tarixli dərcində) yuxarıda qeyd edilən mülahizələrə istinad edilərək oxşar elmi-nəzəri və publisistik təhlillər verilmişdir.

Mərkəzi Asiya və Altay dağlıq sistemi “Böyük köç”ün mərkəzi olmaqla Avrasiya materikinin bütün hissələrində tarixən təşəkkül tapmış eyni ailə-dil İtifaqına mənsub/məxsus qəbilə-tayfa birlikləri ilə assimlyasiyası çətinlik yaratmadığından əski və erkən sivilizasiya mərkəzlərinin yaranmasına səbəb olmuşdur.

Bu amil uzun müddətli və arasıkəsilməz tarixiliklə müşayət edildiyindən təqribən 6-8 min illik dövrü əhatə edir. Təsadüfi deyil ki, Ön Asiya və Aralıq dənizi hövzəsinin protoTürk etnotayfaları dil, irq, düşüncə, təkamül və qan birliyindən yararlandığından geniş meqaərazilər üzrə eyni Ailə-Dil qurumlarına daxil olmuşlar.

Coğrafi adların yaranmasında tarixi amilin (antropoloji və arxeoloji tədqiqatlar nəticəsində) nəzərə alınması sübut edir ki, Avrasiya materiki və Amerika qitəsinin etnodemoqrafik təşəkküllünün ümumu bağlılığının azı 10 min ilə qədər (Üst Daş dövrü) yaşı vardır, Türkdilli xalqların “Böyük köç”üdə həmin tarixə uyğun gəlir. Bu baxımdan Türk dünyası coğrafiyası toponimlərinin tarixi təhlili ancaq yaş/il göstəricisi ilə məhdudlaşmır, həm də həmin dövrün tarixi təbəddülatının mənzərəsini özündə ehtiva edir (Meksika dağlıq yaylasında Mayya mədəniyyəti, And dağlarında Asteklərin/QuzTürklərin şəhər mədəniyyəti, Mərkəzi Asiyada Turan mədəniyyəti, Ön Asiyada Anadolu-Oğuz və Kür-Araz mədəniyyəti...).

Türkdilli xalqların tarixi birliyi coğrafi məkan üzrə təşəkkül tapdığından əksər toponimlərin yaranması tarixi və coğrafi məzmun kəsb etmişdir.

Yer adlarının sistemli təhlilində orotoponimlərin (Qobu/Qobi səhrası, Aral/Ural dağları, Üst-Yurd platosu, Ulu Tanrı/Ulutau dağı...), hidronimlərin (Bəy göl/Baykal, Xatun/Katun çayı..), antronimlərin (Hunqari dövləti, Sincan-Uyğur respublikası, Uyğur/Hun diyarı (Finlandiya), Türkan/Turan düzü, Ulu Hun/Kunlun dağı...) coğrafi məzmuna uyğunluğu Türkdilli xalqlarda daha geniş yayılmış, materikin bütün hissələrini əhatə etmişdir.

Bir sıra xalqlar öz adlarını da (Göy Türklər, Ağ/Bəyaz Türklər, Sarı Uyğurlar, Qaraçaylılar, Yaqutlar, Bicənəklər/Peçeneqlər, Qarapapaqlılar/Qaraqalpaqlar...) bu məzmuna uyğun olaraq qəbul etmişlər.

Dünya coğrafiyasında Türkdilli xalqların toponimlərinin səciyyəvi dəyəri odur ki, ilk dini-fəlsəfi və mistik ruhu özündə yaşadan yer adlarının sayı xeyli dərəcə də çoxdur, bu onu göstərir ki, ilk dini təşəkkül ocaqlarından biri də Mərkəzi Asiya, Sibir və Uzaq Şərq hövzəsində yaranmışdır (Sak/Saxa diyarında Allah-Yun çayı və yaşayış məntəqəsi, Mərkəzi Asiyada Hun Tanrısı/Xan Tenqri dağı, Tanrı/Tenqri qızı Ayya Allahı (Mərkəzi Amerikada Mayyalıların Allahı). Sak/Saxa diyarında Amqa çayı hövzəsində Üst-Maya yaşayış məntəqəsinin və Maya çayının e.ə.600-cü illərdə indiki Mərkəzi Amerikada ilk bəşər sivilizasiyasının yaradıcıları olmuş çox dilli-dialekt strukturuna malik (Sibir və Uzaq Şərq əski Türkdilli qəbilə-tayfa birliklərində olduğu kimi) Mayyalıların köç etdikləri doğma yurdları olduğuna şübhə doğurmur.

Türk dünyası toponimlərinin tədqiqndə əsas diqqət yetiriləsi elmi-nəzəri istiqamətləri aşağıdakı kimi quplaşdırmaq olar:

-toponimlərin yaranmasının nəzəri əsaslarınınişlənilməsi;

-toponimlərin yaranmasında xalq yaradıcılığının rolu;

-morfogenetik və leksik baxımdan toponimlərin müqayisəli qiymətləndirilməsi;

-filoloji dəyişikliyə uğrayan yer adlarının dəqiqləşdirilməsi;

-tətbiqi toponimikanın nəzəri-metodoloji əsaslarının işlənilməsi;

-yabançı dil/özgə leksik-şivə təsirlərinə məruz qalmış, lakin etnogenetik yaddaşı saxlayan yer adlarının izahı;

Türk Dövlətləri Birliyinin/Ölkələrinin qarşılıqlı əlaqlərinin inkişaf etdirilməsi, Türk dünyası coğrafiyasının zənginləşdirilməsi, yer adlarına əsasən etnomilli Türk xalqlarının milli-inzibati coğrafi sərhədlərinin dəqiqləşdirilməsi və tarixi dövrlərə uyğun məskunlaşma arealında baş verən dəyişikliklərin müəyyən edilməsi...gələcəkdə tarixi, coğrafi və filoloji dəyərləri özündə əks etdirən toponimlərə uyğun kartoqrafik vasitələrin/xəritələrin nəşri üçün əsas ola bilər.

R.S. “XX əsrdəQərbi Azərbaycanda mövcud 2350 coğrafi yer adlarının 2000-i Türk-Müsəlman mənşəli olmuşdur”-bu məlumat Z.Korkodyanın 1932-ci ildə nəşr edilən “Sovet Ermənistanının əhalisi” kitabında verilib. 1967-1968-ci illər ərzində bu bölgədə 50 kəndin adı “erməni”ləşdirilib. 1980-ci illərin sonlarında isə yalnız 152 yaşayış məntəqəsi, kökənli morfognetik-Türk-Müsəlman mənşəyinə mənsub olmuşdur.

Избранный
10
turkustan.az

1Источники