RU

Dünyanın ən varlı adamları: İlk "üçlük"də dəyişiklik oldu

"Meta" platformasının həmtəsisçisi və rəhbəri Mark Zukerberq ilk dəfə dünyanın ən varlı adamları reytinqində "Amazon"un qurucusu Ceff Bezosu keçərək ikinci yerə yüksəlib. 

Qaynarinfo xəbər verir ki, bunu Bloomberg Billionaires Index-in məlumatları sübut edir.

Müsbət maliyyə hesabatından sonra onun şirkətinin səhmləri hər səhm üçün 582,77 dollara yüksəldiyindən Zukerberqin sərvəti 206 milyard dollara çatıb. Hazırda Bezosun 205 milyard dollarlıq sərvəti var.

İlin əvvəlindən bəri Zukerberq sərvətini 78 milyard dollar artırıb ki, bu da BBI-nin izlədiyi dünyanın ən zəngin 500 adamı arasında ən böyük artımdır. Doqquz ay əvvəl iş adamı reytinqdə altıncı yerdə idi.

"Bloomberg" reytinqinə "Tesla"nın yaradıcısı və X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask başçılıq edir. Onun sərvəti 256 milyard dollar dəyərində qiymətləndirilir.

İlk "onluğ"a həmçinin Bernard Arnault (193 milyard dollar), Larri Ellison (179 milyard dollar), Bill Qeyt (161 milyard dollar), Larri Peyq (150 milyard dollar), Stiv Ballmer (145 milyard dollar), Uarren Baffett (143 milyard dollar) və Sergey Brin (141 milyard dollar) daxil olub.

Aydın

Избранный
18
1
qaynarinfo.az

4Источники