RU

Satuşa alqış - Emin Mahmudovun milliyə çağırılması

Ölkədə milliyə çağırılası bəlli sayda futbolçu var. Ona görə də, heyət açıqlanarkən uzağı bir-iki yeni ada rast gələ bilərik, ya gəlmərik. Amma millimizin budəfəki heyəti maraqla gözlənilirdi. Hamının qulağı səsdə idi ki, Emin Mahmudovu yığmaya çağıracaqlar, ya yox. 

Roman Qriqorçukun üstündən xətt çəkdiyi Emin Mahmudovun son vaxtlar "Neftçi"də ehtiyatda qalması onun milli karyerasını da sual altına salmışdı. Amma Fernandu Santuş axarın əksinə getməyi lazım bildi. Portuqaliyalı mütəxəssis ölkəmizə nəinki roman, bəlkə də heç hekayə yaza bilməyəcəyini dərk edərək gəlsə də, Emin Mahmudovun məsələsində xarakter göstərdi. Gözləntilərin əksinə olaraq, Mahmudovu Estoniya və Slovakiya ilə oyunlar üçün milliyə dəvət etdi. 

Santuşa alqış! Son illər millimizin döyüşçü ruhlu kapitanı olan Emin Mahmudovu belə rahatlıqla silib atmaq olmaz(dı). İsveçlə Bakıdakı matçda ən yaxşı indeksə malik oyunçulardan olan Mahmudov millidə həmişə canla-başla oynayıb, bütün varlığı ilə mübarizə aparıb. 

Yeri gəlmişkən, İsveçlə matçda yaşanan penalti epizodu yəqin ki, ona dərs olacaq. Özü də tək futbol yox, həm də həyat dərsi. Nə qədər üzü yola adam olsan da, sənin olanı başqasına, xüsusən də layiq olmayan birinə güzəştə getməli deyilsən. 

Həmid

P.S. Emin Mahmudov "Neftçi"də kapitanlıq sarğısını itirsə də, həmişə yaddaşlarda millimizin ən yaxşı kapitanlarından biri kimi qalacaq

saytlarin hazirlanmasi

Избранный
6
2
sportal.az

3Источники