Yaponiya hakimiyyəti Ukraynaya kömək etməyə davam edəcək və Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.
RİA Novosti xəbər verir ki , bu barədə ölkənin yeni baş naziri Şiqeru İşiba Yaponiya parlamentində çıxışı zamanı bildirib.
“Biz Rusiyaya qarşı sanksiyaları və Ukraynaya yardımı ciddi şəkildə təşviq edəcəyik”, – deyə siyasətçi bildirib.
Bundan əvvəl Yaponiyanın baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətində olduğunu bildirmişdi.
Mənbə RİA Novosti