RU

İranın təhlükəli oyunu: “Neft anbarlarına hücum...”

İran hakimiyyəti növbəti dəfə Azərbaycanı hədələyib. 

Qeyd edək ki, İran tərəfi diplomatik kanallar vasitəsilə İsrailə və ABŞ-a xəbərdarlıq edib ki, əgər İsrail İranın neft mərkəzlərini hədəf alarsa, Tehran Azərbaycan və Ərəb ölkələrində enerji mərkəzlərini hədəf alacaq.

Maraqlıdır, İrandakı rejim buna əl ata bilər? Əgər Tehran bu addımı atarsa, bu, İrana məhvinə səbəb ola bilər?

Məsələ ilə bağlı politoloq Turab Rzayev “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İran sözsüz ki, buna getməyəcək:

“Əgər İran bu addımı atarsa, o zaman təkcə İsrail, ABŞ və Britaniya ilə deyil, həmçinin dünyanın inkişaf etmiş bütün ölkləri ilə düşmən olacaq. Çünki bu, onların neftə olan tələbatına zərbə vuracaq, dünyada iqtisadi böhrana səbəb olacaq, neft qiymətləri yüksələcək. 

Eyni zamanda ərəb ölkələri və Azərbaycan da İranla düşmən olacaq. 

Əslində İran hakimiyyətinin bu xəbərdarlığı siyasi oyun ola bilər. Yəni Tehran bu xəbərdarlığı hədə-qorxu xarakteri daşıyır.

Bildirim ki, bu yaxınlarda İranın Prezidenti Məsud Pezeşkian Qətərə rəsmi səfər edib. Pezeşkian Qətərdə çıxışı zamanı Qərbə mesaj göndərib.

Pezeşkianın mesajı bundan ibarətdir ki, Qərb İsraili İranın Xuzistan və Əhvaz bölgələrində neft anbarlarını hədəfə almaqdan çəkindirsin. Pezeşkian həmçinin ərəb ölkələrinə mesaj göndərib ki, onlar İsrailin İrana hücum əməliyyatlarında iştirak etməsinlər.

Hesab edirəm ki, İran heç bir halda bu avantüraya getməyəcək. 

Hətta İsrailin də İrandakı neft anbarlarına və hərbi obyektlərə hücum ehtimalı azdır”. 

Избранный
17
50
cebheinfo.az

10Источники