RU

Yüksək çinli zabitlərə qarşı sui-qəsd hazırlanırmış

FTX Rusiya Aerokosmik Qüvvələrinin (VKS) komandanlığının zabitlərinə qarşı qətllərin hazırlanmasında iştirak edən qrupu zərəsizləşdirib.

Publika.az xəbər verir ki, bunu xüsusi xidmətin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, bu işdə Belarusun Dövlət Təhlükəsizlik Komitəsindən (DTK) olan həmkarları kömək ediblər.

"Belarus Respublikasının DTK-si ilə birlikdə Rusiya Aerokosmik Qüvvələrinin komandanlıq heyətinin zabitlərinin qətlinin hazırlanmasında iştirak edən bir sıra şəxslər müəyyən edildi", - deyə o bildirib. Bundan əlavə, Avropa İttifaqının ərazisində yerləşən Ukraynayönlü hərbiləşdirilmiş strukturların fəaliyyətində iştirak edənlər müəyyən edilib.

Bortnikov bildirib ki, MDB ölkələrinin kəşfiyyat xidmətləri ilə də əməkdaşlıq çərçivəsində bir sıra əməliyyatlar həyata keçirilib. Belə ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin köməyi ilə Rusiyada ekstremist xarakterli cinayətlərə görə dövlətlərarası axtarışa verilmiş 4 vətəndaş saxlanılıb.

Избранный
11
publika.az

1Источники