RU

Məktəb rəhbərliyi valideynlərlə müqavilə bağlamaq istədi, icazə verilmədi

Təhsil müəssisəsi ilə valideynlər arasında şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı müqavilənin bağlanması məqsədəuyğun deyil.
 
Modern.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Report”a bildirilib.
 
Belə ki, informasiya gentliyinə müraciət edən vətəndaş Xırdalan şəhəri 1 nömrəli məktəbin şagirdlərinin valideynlərinə nizam-intizamla bağlı müqavilənin imzalanmasını təklif etdiyini bildirib.
 
Valideynlərə təklif olunan müqavilə tipi redaksiyaya təqdim edilib.
 
İmzalanmaq üçün göndərilən sənəddə o cümlədən deyilir ki, “övladımın dərsə davamiyyətsizliyi və məktəbin nizam-intizam qaydalarına riayət etməməsi halı baş verərsə məktəb rəhbərliyi və pedaqoji şuranın iclası qərarını bir valideyn olaraq qəbul edəcək və etiraz etməyəcəyəm”.
 
Təhsil idarəsindən buna münasibət bildirilərək, qeyd olunub ki, məktəbin idarə olunmasında, şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı proseslərdə valideynlərin aktiv iştiraklarının artırılması təhsil prosesinin daha səmərəli təşkilində mühüm rol oynasa da, valideynlə əlavə müqavilənin bağlanması ilə bağlı müəssisənin müvafiq təşəbbüsünə idarə tərəfindən müsbət yanaşılmır və bu təcrübənin aradan qaldırılması tapşırığı verilib:
 
“Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə müvafiq olaraq, valideynlərin vəzifələri qanunla müəyyənləşdirilib. Digər vəzifələrlə yanaşı, bu vəzifələr arasında təhsilalanın təhsildən yayındırılmaması, ümumi təhsil müəssisəsinin daxili nizam-intizamına riayət edilməsi və digər mühüm məsələlər yer alır. Qeyd edirik ki, qanunla tənzimlənən bu cür məsələlərdə müəssisə və valideynlər arasında əlavə olaraq müqavilənin bağlanması uyğun deyil”.

1385285

 

Избранный
2
10
modern.az

10Источники