RU

Parasetamol və antibiotiklər qaraciyəri zədələyir- HƏKİM

Parasetamol və antibiotiklər qaraciyərin zədələnməsinə səbəb olur.

Azpost.info xəbər verir ki, bunu rusiyalı cərrah, onkoloq Vladimir Struçkov deyib.

Onun sözlərinə görə, qida əlavələrinin qəbulu da buna gətirib çıxarır.

Həkim qeyd edib ki, şiş əleyhinə, qıcolma əleyhinə dərmanlar, hormonal həblər də qaraciyərin zədələnməsinə səbəb ola bilər.

“Rusiyada xəstəxanaya yerləşdirilən xəstələrin 3 faizində qaraciyərin kəskin zədələnməsi baş verir. Çox vaxt onlar vərəm əleyhinə dərmanların, antibakterial dərmanların, hormonal və antiaritmik dərmanların istifadəsi ilə əlaqələndirilir”, – Struçkov bildirib.

Azpost.info

Избранный
15
azpost.info

1Источники