RU

Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi təklif edilib

Milli Məclisdə Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi təklif edilib.

Bu barədə deputat Nizami Səfərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında məlumat verib.

O, komitə üzvlərinə gündəliyə daxil olan məsələ - “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.

Избранный
1
7
aznews.az

10Источники