RU

"İsrail hücum etsə, enerji obyektlərini vuracağıq"

İranın yarı rəsmi xəbər agentliyi SNN-in xəbərində İnqilab Keşikçiləri Korpusunun komandan müavini Əli Fədəvinin İsrailin cavab tədbirləri ilə bağlı açıqlamaları yer alıb.

News24.az xəbər verir ki, Fədavi açıqlamasında İsrailin hücum edəcəyi təqdirdə İranın İsrailin enerji və qaz obyektlərini hədəf alacağını bildirib.

"Əgər işğal qüvvələri belə bir səhvə yol verərsə, biz bütün enerji mənbələrini, obyektləri və bütün neftayırma zavodları və qaz yataqlarını hədəfə alacağıq", - Fədavi bildirib. 

Günel Məlikzadə


Избранный
19
news24.az

1Источники