RU

Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Lənkəranda icra başçısını öldürməyə cəhddə təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə təqsirləndirilir. Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.12-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Избранный
14
e-huquq.az

1Источники