RU

Makron Ermənistan və Azərbaycanla bağlı çağırış edib - Foto

Makron

Fransa prezidenti Emmanuel Makron dünən Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh razılaşması məsələsi də müzakirə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.

Bildirilir ki, Makron Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin “mümkün qədər tez” və “bütün region xalqlarının maraqlarına uyğun” imzalanmasına çağırış edib.



O, tezliklə sülh müqaviləsinə nail olmaq məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən müzakirələrə sadiqliyini bir daha təsdiqləyib.

Onu da qeyd edək ki, Makron və Paşinyan Fransa ilə Ermənistan arasında ikitərəfli əməkdaşlığı gücləndirməyə davam etmək barədə razılığa gəliblər.

ELÇİN
Избранный
13
reyting.az

1Источники