Mask Trampın sui-qəsdə məruz qaldığı şəhərdəki mitinqində iştirak edəcək
İlon Mask ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Pensilvaniya ştatının Batler şəhərində keçiriləcək seçki kampaniyasında iştirak edəcəyini bildirib. Yeniavaz.com xəbər verir ki, orada iyul ayında siyasətçinin həyatına sui-qəsd edilib. “Mən dəstəyimi göstərmək üçün orada olacağam!” - Mask “X” sosial şəbəkə səhifəsində yazıb. Qeyd edək ki, daha əvvəl Tramp Batlerə qayıdacağını və yenidən orada tərəfdarları ilə görüş keçirəcəyini bildirib.