RU

Azərbaycan və Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevoktyabrın 4-də Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunçlagörüşüb.

Trend xəbərverir ki, görüş zamanı Azərbaycan və Türkiyə prezidentlərinin birgəsəyləri ilə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlikmünasibətlərinin bütün sahələrdə dinamik inkişafından məmnunluqifadə olunub.

Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi,ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir dövrüntələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsiistiqamətində aparılan ardıcıl islahatlar barədə məlumatverilib.

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığınsəviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləriarasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlarçərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyatakeçirildiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə,o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsiperspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov görüşdəiştirak edib.

Azərbaycan
Azərbaycan
Избранный
18
4
az.trend.az

10Источники