RU

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 4-də VII çağırış Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilkiclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Milli Məclisdənməlumat verilib.

Əvvəlcə komitə sədri Azər Əmiraslanov komitə üzvlərini VIIçağırış Milli Məclisə seçilmələri münasibəti ilə təbrik edib vəonlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra gündəliyin birinci məsələsini - İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin 2024-cü ilin payız sessiyası üçün işplanını müzakirəyə təqdim edən komitə sədri bildirib ki, sənəddəqarşıdakı sessiyada büdcə zərfi və komitəyə daxil olacaq digərqanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda,komitənin profilinə aid məsələlərlə bağlı ictimai dinləmələrin,müzakirələrin və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.

İkinci məsələ olan “Qrant haqqında” Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsi (birinci oxunuş) təqdim olunarkən bildirilibki, sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılmasıməqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılmasıvə tənzimlənməsi məqsədilə hazırlanıb. Növbəti məsələ olan VergiMəcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi texnikixarakterlidir. Layihə elektrik mühərriki ilə işləyən avtomobillərüçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularınınidxalı və satışının ƏDV-dən azadolma müddətinin 2025-ci il yanvarın1-dək daha iki il uzadılmasını nəzərdə tutur. “Daşınar əmlakınyüklülüyü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsi (birinci oxunuş) də texniki xarakterlidir. Belə ki,sənəddə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılmasızamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatlarındairəsinə daşınar əmlakın seriya nömrəsinin də əlavə edilməsininhüquqi əsasları yaradılır.

Gündəliyin beşinci məsələsi olan Vergi Məcəlləsində, “Sosialsığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklikedilməsi barədə qanun layihəsi barədə İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin idarə rəisi Elnur Yusifov məlumatverib. Qanunvericilikdə yükdaşımaları üzrə fəaliyyətin “Fərqlənmənişanı” almaqla sabit qaydada sadələşdirilmiş verginin ödənilməsirejimindən çıxarıldığından təqdim edilmiş layihədə uyğunlaşmaçərçivəsində bir sıra maddələrdə dəyişikliklər təklif olunub.Müvafiq olaraq "Sosial sığorta haqqında" və “Tibbi sığortahaqqında" qanunlara da uyğunlaşma çərçivəsində dəyişikliklər təklifolunub.

Gündəliyin növbəti üç məsələsi “Azərbaycan Respublikası Hökumətiilə Pakistan İslam Respublikası Hökuməti arasında PreferensialTicarət Sazişi”nin təsdiq edilməsi haqqında, “AzərbaycanRespublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökumətiarasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında və“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam RespublikasıHökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsihaqqında qanun layihələri barədə komitə sədri Azər Əmiraslanovməlumat verib. Komitə sədri bildirib ki, hər üç saziş 11 iyul2024-cü ildə Pakistanın İslamabad şəhərində imzalanıb vəölkələrimiz arasında mövcud olan siyasi, hərbi, diplomatikəməkdaşlığın iqtisadi məzmunla möhkəmləndirilməsinə xidmətedir.

Beynəlxalq sazişlə bağlı növbəti məsələ - “Avropa Yenidənqurmavə İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdədəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsi AvropaYenidənqurma və İnkişaf Bankının maliyyə dayanıqlılığınınmöhkəmləndirilməsinə xidmət edir.

Gündəliyin 10-cu məsələsi olan “Siyasi partiyalar haqqında”Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQnömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasınınbəzi qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi“Siyasi partiyalar haqqında" Qanunda aparılmış dəyişikliklərinmüvafiq normativ-hüquqi aktlarda təsbit olunması məqsədi iləhazırlanıb.

Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədədə komitə sədri məlumat verib. Bildirilib ki, layihədə təklifedilən dəyişikliklər miqrasiya proseslərinin və bu sahədə yarananmünasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevikşəkildə həyata keçirilməsini ehtiva edir.

Növbəti məsələ ilə bağlı məlumat verilərkən diqqətə çatdırılıbki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxanaişi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili(xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklikedilməsi barədə qanun layihəsi spesifik xarakter daşıyır. Belə ki,sənəd əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiramiz söz vəifadələrin mənfi təsəvvürlər yaratmayan söz və ifadələr ilə əvəzolunması məqsədi ilə hazırlanıb.

Gündəliyin 13-cü məsələsi olan “Turizm haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) turizmvə rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərininhəyata keçirilməsinin (kimya sənayesi, metallurgiya, nüvəenergetikası, tullantıların zərərsizləşdirilməsi və emalımüəssisələrinin fəaliyyəti) qadağan edilməsi ilə əlaqədardır.

Komitənin müzakirəsinə təqdim olunan “Arbitraj haqqında”Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQnömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasınınbəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi(birinci oxunuş) isə yeni yaradılmış arbitraj sisteminininstitusional baxımdan gücləndirilməsinə xidmət edir.

Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində dəyişiklikedilməsi haqqında qanun layihəsi ilə bağlı məlumat verilərkənbildirilib ki, dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə üzvləri ƏliMəsimli, Ziyad Səmədzadə, Aydın Hüseynov, Heydər Əsədov, MüşfiqCəfərov çıxış ediblər, sənədlərlə bağlı fikirlərini bildiriblər,rəy və təkliflərini səsləndiriblər.

Deputatlar komitənin 2024-cü ilin payız sessiyası üçün işplanını təsdiqləyiblər, müzakirəyə çıxarılan qanun layihələriniMilli Məclisin plenar iclasına tövsiyə ediblər

İclasda deputatlar Məşhur Məmmədov, Rövşən Muradov, ZaurŞükürov, Əlibala Məhərrəmzadə və digər rəsmi şəxslər iştirakediblər.

İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
Избранный
10
3
az.trend.az

10Источники