RU

Səfir: Aİ Gürcüstan rəhbərliyi ilə bütün yüksək səviyyəli görüşləri dayandırıb

Avropa İttifaqı (Aİ) Gürcüstan rəhbərliyi ilə bütün yüksək səviyyəli görüşləri dayandırıb.

Bunu Gürcüstandakı Aİ səfiri Pavel Herçinski deyib.

O, Gürcüstana Aİ-ya üzv olmaq prosesinin dayandırılması ilə hədələyib.

Səfir Gürcüstanın birpartiyalı dövlətə çevriləcəyi, siyasi müxalifətin qadağan ediləcəyi, vətəndaş cəmiyyətinin xaricə qaçmağa məcbur olacağı, azlıqların hüquqlarının qorunmadığı təqdirdə Gürcüstan Avropa İttifaqının üzvü ola bilməyəcəyini deyib.

\"Aİ həmçinin Gürcüstan rəhbərliyi ilə bütün yüksək səviyyəli görüşləri dayandırıb, çünki Gürcüstanın hakim partiyasının Avropa İttifaqına qarşı \"dost olmayan münasibəti” var”, - o deyib.
Избранный
2
2
azxeber.com

3Источники