RU

Azər Bağırov və Roman Qriqorçukdan 7 qolluq oyuna şərh

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:3 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Bu gün Gəncəyə olan raket hücumunun il dönümüdür. Qələbəni bütün Gəncəyə, şəhidlərə həsr edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Oyun barədə çox danışmaq mümkün deyil. Çox sevincliyik. Çoxdandır qələbəyə həsrət idik. Bilirdik ki, doğru yoldayıq. Bu gün hər iki hissədə istədikərimizi edə bildik. Əlimizə düşən fürsətlərdən maksimum yararlandıq.

Bura gələndən 3 oyunda 3 məğlubiyyət almışdıq. Amma hər oyunda nələrisə daha yaxşı etməyə çalışırdıq. Bəzi şeyləri birdən-birə dəyişmək alınmır, addım-addım etmək olur. İnanıram ki, bundan sonra daha yaxşı oyunlarımız olacaq. Hər şey inamdan asılıdır. Uşaqları inandıra bildik. Məncə, pis alınmadı”.

Azər Bağırov milli komandaların oyunlarına görə yaranacaq fasilənin “Kəpəz”in xeyrinə olacağını bildirib:

“Fasilə bizim xeyrimizə olacaq. Bəzi məqamları yaxşılaşdırmağa çalışacağıq. “Qarabağ”a qarşı oynamaq xoşdur. Uşaqları həmin matça yaxşı kökləmək lazımdır.

Mənim üçün futbolçunun komandaya yeni qoşulması önəli deyil. Əsas onun beynində hazır olmasıdır. Mahamadu ba komandaya yeni gəlsə də, özü bildirdi ki, 70-80 faiz hazıram. Bu, mənə bəs etdi. Məncə, pis təsir bağışlamadı”.

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk isə “Kəpəz”ə məğlubiyyət barədə bunları dilə gətirib:

“Bu cür oyunları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Elə durumdayam ki, bütün bunların mənim başıma gəldiyinə inana bilmirəm. Sanki yuxudayam. Ona görə də bu oyunun təhlilini ertələyirəm. Yalnız oyunun sonları ilə bağlı bəzi şərhlər vermək istəyirəm. Azarkeşlər mənim ünvanıma heç də yaxşı olmayan sözlər deyirdilər. Mən onlardan incimirəm. Onlara bu qədər səbr etdikərinə görə təşəkkür edirəm.

İstefa haqda düşünürəmmi? Bunu mətbuat konfransında müzakirə etməli deyilik”.

Избранный
13
arena.az

1Источники