RU

71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib (FOTO)

Bakı. Trend:

2024-cü il oktyabrın 4-də COP29 QHT Koalisiyasının hibritformada növbəti “zoom” görüşü keçirilib.

Trend xəbər verir ki, görüşdəelan olunub ki, Koalisiyanın sıraları hər gün genişlənir, artıqdünyanın 71 ölkəsindən 335 QHT bu tərkibdə yer alır.

Koalisiyadakı 108 QHT, eyni zamanda UNFCCC tərəfindən Müşahidəçistatusla Həmfikir Qrupların(Constituency) üzvləridirlər.

Hibrit görüş zamanı Azərbaycanın irəli sürdüyü qlobaltəşəbbüslər dünyanın aparıcı vətəndaş cəmiyyəti təmsilçiləritərəfindən təqdirlə qarşılanıb. COP29 QHT Koalisiyası bir dahadünya dövlətlərini Azərbaycanın COP29 naminə Birgə AtəşkəsÇağırışına qoşulmağa çağırıb.

Görüşdə COP29 zamanı birgə əməkdaşlıq imkanları müzakirə olunub,ətraf mühit, gender məsələləri diqqətdə saxlanılıb, Avropa, Afrikavə Asiya ölkələrindən spikerlər mövzular üzrə təqdimatlarla çıxışediblər.

Qeyd edək ki, COP29 QHT Koalisiyasında ölkəmizi Azərbaycan MilliQHT Forumu təmsil edir. Koalisiya Azərbaycan Milli QHT Forumununtəşəbbüsü ilə yaradılıb.

Koalisiya müntəzəm əsasda hibrit görüşlər keçirir, fəaliyyətlərikoordinasiya edir.

71
71
71
71
Избранный
2
14
az.trend.az

10Источники