RU

"Kəpəz" "Neftçi"ni məğlub etdi

Futbol üzrə Misli Premyer Liqasında IX tura start verilib.

 

Modern.az xəbər verir ki, açılış oyununda “Neftçi” Tovuz şəhər stadionunda “Kəpəz”in qonağı olub. Qarşılaşma Gəncə təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

 

Hesabı 4-cü dəqiqədə “ağ-qaralar”ın heyətində Ervin Koffi açıb. 24-cü dəqiqədə “Kəpəz” Orxan Əliyevin qolu ilə tarazlığı bərpa edib. Bundan 7 dəqiqə sonra Ramil Şeydayev Bakı klubunu yenidən hesabda önə keçirib. Lakin qonaqların qol sevinci cəmi 1 dəqiqə çəkib. O.Əliyev yenidən hesabı bərabərləşdirib. İlk hissənin sonuna yaxın qərb təmsilçisinin yeni transferi Mahammadu Ba uzaq məsafədən vurduğu baxımlı qolla komandasını önə keçirib. “Kəpəz” 48-ci dəqiqədə hesab arasında fərqi artırıb. Bu dəfə Braqa fərqlənib. Görüşdə son nöqtəni isə 90+5-ci dəqiqədə Ağadadaş Salyanski qoyub.

 

Bu mövsüm ilk qələbəsini qazanan “Kəpəz” 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 5 xalı olan “Neftçi” isə 8-cidir.

 

Qeyd edək ki, turun digər oyunları oktyabrın 5-6-da keçiriləcək.

Избранный
2
1
modern.az

2Источники