RU

15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı - DETALLAR - VİDEO

Bərdə rayonunda 15 yaşlı Sevincin qətlə yetirilməsində Kənan adlı qonşusu şübhəli bilinir. Sevinc öldürülən günün səhəri Kənanın da itkin düşüb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" verilişində Sevincin nənəsi iştirak edib. O, Kənanın həyat yoldaşının hər şeyi bildiyini iddia edib.

Canlı efirə qoşulan Kənanın anası Solmaz xanım oğlunun harada olduğunu bilmədiyini deyib. O, oğlunun itkin düşdüyünü, Sevinci öldürməsinə inanmadığını bildirib. Solmaz xanım Kənanın qardaşına "səhv eləmişəm, məni utanılası iş görümüşəm" mesajını yazdığını deyib.

Qeyd edək ki, Sevincin meyiti köhnə tikilinin ərazisində basdırılmış halda tapılıb. Nənəsinin dediyinə görə, meyitin üzərində zorakılıq əlamətləri olub. Hadisədən sonra itkin düşən Kənanın sənədləri və ayaqqabısı Qarabağ kanalının yaxınlığında tapılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
2
13
milli.az

10Источники