RU

Rusiya Aİ-yə qaz tədarükündə yenidən ABŞ-ı qabaqladı

Üçüncü rübün nəticələrinə əsasən, Rusiya Avropa İttifaqına qaz tədarükünün həcminə görə yenidən ABŞ-ı qabaqlayıb. 

Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

Nəşr qeyd edir ki, 2024-cü ilin üçüncü rübündə Rusiya Federasiyası Avropa bazarına 13,3 milyard kubmetr qaz tədarük edib, əvvəlki rübdə bu rəqəm 13 milyard, əvvəlki ilin eyni dövründə isə 11,5 milyard kubmetr olub. Aprel-iyun aylarında Rusiya şirkətlərinin Avropa idxalında payının 17,2%-dən 19,4%-ə yüksəldiyi vurğulanır.

Qeyd olunur ki, ABŞ mayeləşdirilmiş təbii qazın tədarük həcmini son rübdə dörddə bir, il ərzində isə üçdə bir azaldaraq, 9,5 milyard kubmetrə çatdırıb.

Sentyabrda Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, 2024-cü ilin sonuna qədər Rusiyadan xaricə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü 35 milyon ton səviyyəsində proqnozlaşdırılır. İllik ifadədə artım 6% olacaq.

Novak həmçinin qeyd edib ki, Rusiya Federasiyası Avropadan qaz tədarükünün 30-40%-ni digər bazarlara, əsasən də Çinə  yönləndirib . 2025-ci ildə "Sibirin Gücü" boru kəməri ilə nəqlin həcminin maksimuma çatacağı gözlənilir.

Nicat

Избранный
20
valyuta.az

1Источники