Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb (şəxsiyyəti müəyyənləşdirilir – red), daha 3 nəfər yaralanıb.
Hadisənin səbəbi araşdırılır.