RU

Lənkəranda qəza baş verib, sürücü xəsarət alıb

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonunun Kərgəlan kəndi ərazisində hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarına çıxıb.

Nəticədə sürücü, 2001-ci il təvəllüdlü Rauf Rahim oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Ona zəruri ilkin tibbi xidmətlər göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Избранный
15
2
bizim.media

3Источники