RU

Məşhurlaşmaq istəyən bloqer bir şərhə görə hamilə arvadına dəhşət yaşatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sosial mediada mənfi şərhlərə görə həyat yoldaşını bıçaqladı.
Videolar çəkərək sosial media hesabında paylaşmaq Nihadın vərdişinə çevrilmişdi. Amma iş o yerə gəlib çatmışdı ki, o, hətta həyat yoldaşı Əsmərin hamilə olmağı ilə bağlı xəbəri də sosial mediada izləyiciləri ilə paylaşdı. Bu artıq sadəcə video paylaşmaq yox, bir asılılıq halını almışdı.
Nihad hər səhər həyat yoldaşı üçün çay hazırlayır, onunla qəlyanaltı edir və bunu canlı şəkildə telefonu vasitəsilə paylaşırdı. Daha sonra canlı yayımı dayandırmadan işə getdiyini bildirir, həyat yoldaşı ilə sağollaşaraq evdən çıxırdı. Əsmər isə bundan bezsə də, şikayətlənmirdi. Nihad öz fotostudiyasına gəlir və iş yerində canlı yayımlar açaraq işlərini görürdü.
O, telefonu götürüb canlı yayımda yazılan şərhlərə baxır. Onların içindən bir şərh Nihadı əsəbiləşdirir, çünki orada "sən əminsən ki, həyat yoldaşın Əsmər səndən hamilədir?" deyə yazılmışdı. O, əvvəlcə bu rəyə fikir vermir, daha sonra sözügedən şərhlərin təkrarlandığını görüb əsəbiləşir, canlı yayımı söndürərək evə gedir. Əsəbi halda mənzilə daxil olan Nihad dərhal Əsmərə yaxınlaşır və onu özündən çıxaran rəyləri göstərir.
Həyat yoldaşı nə baş verdiyini anlamağa çalışsa da, Nihad onu dinləmək istəmir və nalayiq sözlərlə təhqir edir. Əsmər mənzildən çıxıb anasıgilə gedir. Anası ilə görüşür, hal-əhval tutur, özünü heç nə olmamış kimi aparır. Sonra onlar birlikdə Əsmər və Nihadın qaldıqları mənzilə gəlirlər. Nihad özünə rahatlıq tapa bilmir. O, iş yerinə qayıtmaq istəyir və binanın həyətinə çıxır.
Skamyada oturur, canlı yayıma yazılan şərhləri oxuyur və həyat yoldaşının onu aldatdığını düşünür. Daha sonra evə qayıdır və canlı yayımda qayınanasının, izləyicilərin gözləri qarşısında həyat yoldaşına mətbəx bıçağı ilə zərbələr endirir. Nihad hadisə yerindən qaçaraq uzaqlaşır. Amma o, bir neçə gün sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilir.
Əsmər isə anasının təcili tibbi yardım çağırmasından sonra xəstəxanaya yerləşdirilir. Xəstəxanaya düşən və həyatı xilas edilən Əsmər hakim qarşısında həyat yoldaşı Nihadı heç vaxt bağışlamayacağını bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
19
oxu.az

1Источники