RU

“Ukrayna işğal olunmuş əraziləri ilə də NATO-ya qəbul edilə bilər” - Stoltenberq

“Ukrayna işğal olunmuş əraziləri ilə də NATO-ya qəbul edilə bilər”.

Bizim.Media xəbər verir ki, bunu NATO keçmiş Baş katibi Yens Stoltenberq “The Financial Times”a müsahibəsində bildirib.

NATO-nun keçmiş baş katibi hesab edir ki, Ukrayna işğal olunmuş ərazilərlə Alyansa üzv olacağı təqdirdə, Şimali Atlantika Müqaviləsi Kollektiv Təhlükəsizlik Müqavilənin 5-ci maddəsinin tətbiqi probleminin həlli yolları olacaq:

"Müqayisə etmək həmişə çox təhlükəlidir, çünki heç bir paralel 100% doğru olmur, lakin ABŞ-ın Yaponiya üçün təhlükəsizlik zəmanəti var. Onlar Yaponiyanın Rusiya tərəfindən idarə olunan Yaponiya ərazisi hesab etdiyi Kuril adalarına şamil edilmir".

Bundan əlavə, Stoltenberq Şərqi Almaniyanı böyük Almaniyanın bir hissəsi hesab edən Qərbi Almaniyanı da xatırladıb: "Onların Şərqi Berlində səfirliyi yox idi. Amma NATO, təbii ki, yalnız Qərbi Almaniyanı müdafiə etdi. İradə güclü olanda, həll yolu tapmaq mümkün olur. Amma 5-ci maddənin harada tətbiq olunduğunu müəyyən edən sərhəd lazımdır. Ukrayna bu sərhədə qədər bütün ərazilərə nəzarət etməlidir”.

Bizim.Media

Избранный
3
35
bizim.media

10Источники