ABŞ ordusu Yəməndə "Ənsar Allah" hərəkatının husi üsyançıları ilə əlaqəli 15 hədəfə zərbələr endirib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.Hücumda hansı silahlardan istifadə edilməsilə bağlı dəqiq məlumat verilməyib. “Bu tədbirlər ABŞ, koalisiya və ticarət gəmiləri üçün naviqasiya azadlığını və beynəlxalq suların təhlükəsizliyini təmin etmək üçün atılıb”, - deyə bəyanatda bildirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта