RU

Bərdənin raket atəşinə tutmasından 4 il keçir

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutmasından 4 il ötür.

“Qafqazinfo” xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə ilk raket hücumu edilib.

Nəticədə 1-i qadın, 1-i kişi olmaqla 2 nəfər qəsdən öldürülüb, 2-si qadın, 5-i kişi olmaqla 7 nəfər dinc sakin xəsarət alıb.

Qeyd edək ki, Vətən müharibəsinin gedişində Bərdə rayonu ümumilikdə 5 dəfə Ermənistanın atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.

Təcavüzkar dövlət tərəfindən 2020-ci il oktyabrın 8-də Bərdəyə ikinci raket hücumu edilib, nəticədə 8 (kişi) nəfər dinc sakin müxtəlif dərəcəli xəsarət alıb.

2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin raket hücumuna məruz qalması nəticəsində 3-ü qadın, 1-i kişi, 1-i uşaq olmaqla 5 nəfər ölüb, 7-si qadın, 7-si uşaq olmaqla 14 nəfər xəsarət alıb.

2020-ci il oktyabrın 5-də Ermənistan Gəncə şəhərini də atəşə tutub. Səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə atılan raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” adlandırılan əraziyə və Mərkəzi bazara düşüb.

Nəticədə 3 mülki şəxs yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Vətən müharibəsi dövründə Gəncə ümumilikdə 5 dəfə Ermənistanın terror hücumuna məruz qalıb. Şəhər 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya atəşinə tutulub.

Bu dəhşətli terrorlar nəticəsində Gəncədə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Избранный
4
9
qafqazinfo.az

10Источники