RU

Balqabağın möcüzəvi faydaları

Payız və qış fəsillərində piştaxtalarda yerini tutan balqabaq insan sağlamlığı üçün çox faydalıdır. 

“Qafqazinfo” xəbər verir ki, balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla, C, K, E vitaminləri ilə zəngin olan bir tərəvəzdir. 

Soyuq ayların əvəzolunmaz qidalarından olan balqabağın tərkibində yüksək miqdarda lif var. Lifin köməyi ilə bağırsaqlar daha yaxşı və daha sürətli işləyir.

Tərkibində olan yüksək miqdarda A vitamini dərinin və bədən toxumasının özünü yeniləməsinə kömək edir. Balqabaq xüsusilə şorba kimi istehlak edildikdə dərinin nəmlənməsinə kömək edir.

Balqabaq kalorisi az olan qidadır. Ona görə də bu tərəviz rahatlıqla pəhriz siyahısına əlavə etmək olar.  Eləcə də göz və beyin sağlamlığına böyük faydası olan balqabaq Alzheimer xəstəliyinin yaranmasının qarşısını alır.

Balqabağın tərkibindəki mineral elementlər anemiyaya qarşı qalxan rolunu oynayır və immunitet sistemini gücləndirməyə kömək edir. Pis xolesterolu azaldır və ürək sağlamlığını qoruyur.

Həmçinin balqabaq yumşaldıcı xassəyə malikdir, sidikqovucu və tərqovucudur. Susuzluğu aradan qaldırır. Tərkibində Omeqa-3 var və yaddaşı gücləndirir.

Balqabaq tumunun faydaları da sağlamlıq üçün əhəmiyyətlidir. Həzm sistemini çox tənzimləyir və sümük quruluşunu gücləndirir. Aparılan tədqiqatlara görə, balqabaq tumunun istehlakı prostat xərçəngi, qadınlarda isə süd vəzi xərçəngi riskini azaldır və müalicəsində mühüm rol oynayır. 

Balqabaq toxumu əhvali-ruhiyyəni yaxşılaşdırmağa, depressiya əlamətlərini azaltmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Gündəlik bir ovuc balqabaq toxumu sidik funksiyalarını tənzimləyir və prostat xərçəngi riskini azaldır. Qan şəkərini aşağı saldığı üçün diabet xəstələrinə tövsiyə edilən qidalar arasındadır. Bundan başqa dişlərin və sümüklərin inkişafını dəstəkləyir.

Balqabaq suyunun da faydaları az deyil. Belə ki, balqabaq şirəsi böyrəklərin fəaliyyətini aktiv saxlayır. Böyrəklərdə və sidik kisəsində daş və qum yığılması kimi xəstəliklərin qarşısını almağa kömək edir. Balqabaq suyu yüksək qan təzyiqini azaltmağa kömək edir. Əlavə olaraq bu tərəvizn şirəsi damarları təmizləyir və ürək xəstəliyi riskini azaltmaqda böyük rol oynayır.

Tərəvəzin vitamin və mineral dəyərlərini itirməməsi üçün yemək istədiyiniz zaman qabığını soyub doğrayın. Beləliklə, qida dəyərinin itirilməsinin qarşısı almış olacaqsınız.

Избранный
92
qafqazinfo.az

1Источники